AZ

"Bu dünyada ən böyük şərəfi daşıyıram"

Əməkdar artist Fərqanə Qasımova atası, Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. 

Ölkə.Az Axşam.az-a istinadən xəbər verir ki, xanəndə atasının ifasını yayımlayaraq, bunları yazıb:

"Atam…Sən mənim ilk musiqim, ilk duamsan. Səsinlə böyüdüm, nəfəsinlə gücləndim. Hər notunda məni qoruyan, hər baxışında məni anlayan bir ürək var – ata ürəyi. Sən mənə yalnız sənəti deyil, insan olmağı, şəfqəti, sədaqəti öyrətdin. Mən bu dünyada ən böyük şərəfi daşıyıram – sənin qızın olmaq. Var ol, ustadım, Allah səni hər zaman qorusun".

Seçilən
72
5
olke.az

7Mənbələr