Xəbər verdiyimiz kimi, bu gün ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə Alyaskada görüşür.
Referans xəbər verir ki, politoloq Şahin Cəfərli ABŞ-ın mühüm strateji ərazisi Alyaska barəsində məlumat paylaşıb.
Paylaşımı təqdim edirik:
“Alyaska 1 milyon 717 min kv. km ərazisi ilə ABŞ-ın ən böyük ştatıdır.
Bu ərazi 1867-ci ildə Rusiya imperiyasından 7,2 milyon (indiki məzənnə ilə 150 milyon) dollara satın alınıb.
Lakin bu alver Luiziana alışı və ABŞ-ın digər torpaq qazancları və ilhaqlarında olduğu kimi, ölkə daxilində sevinclə qarşılanmayıb. Alyaska anlaşmasının müəllifi olan dövlət katibi Henri Syuard (Seward) kəskin tənqid, hətta təhqirlərlə üzləşib. Bu anlaşma ölkədə “Syuardın axmaqlığı” kimi qiymətləndirilib. Lakin sonradan Alyaskada əvvəlcə qızıl, daha sonra neft-qaz yataqları kəşf olunub.
Alyaskanı alaraq ABŞ-ı xeyli böyütmüş prezident Endryu Conson isə impiçmentə məruz qalan ilk ABŞ prezidenti kimi tarixə düşüb. 1864-cü ildə vitse-prezident seçilən Conson andiçməyə sərxoş vəziyyətdə qatılıb və çıxışında Rusiyadakı mütləqiyyət rejimini tənqid edib. Prezident Linkolnun təkidi ilə o, mərasimi yarımçıq tərk edib.
Linkolna sui-qəsd planlaşdranlar vitse-prezident Conconu və dövlət katibi Syuardı da aradan götürmək istəyiblər. Lakin Consonu öldürməli olan sui-qəsdçi pivə içməyə getdiyi üçün o, xilas olub və prezident kimi fəaliyyətə başlayıb. Syuard isə yüngül yara alıb.
Linkolnla bərabər vətəndaş müharibəsinin qalibi olmuş, prezidentliyi dövründə Alyaskanı almış briqada generalı Endryu Conson ABŞ tarixinin ən uğursuz prezidentlərindən biri sayılır. Bunun səbəbi vətəndaş müharibəsindən sonra üsyançı cənub ştatlarının təkrar birləşmiş ştatlara qəbulu şərtləri və azad olmuş qulların vətəndaş hüquqarı haqqında qanuna veto qoyması, Konqreslə və qanunu dəstəkləyən hərbi nazir Stentonla sərt konfliktə girməsidir. İmpiçment proseduru da bu səbəbdən başladılıb. Lakin Consonu vəzifədən uzaqlaşdırmaq üçün Senatda cəmi 1 səs çatmayıb.//Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta