Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Alyaskanın Ankoric şəhərində Elmendorf-Riçardson hərbi bazası ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putini qarşılamaq üçün hazırlıqlı vəziyyətə gətirilib.
Axar.az xəbər verir ki, eniş zolağına “Alyaska 2025” tablosu və qırmızı xalı yerləşdirilib. Xalçanın hər iki tərəfində qırıcı təyyarələr düzülüb.
Həmçinin bazanın içərisində hər iki liderin birgə mətbuat konfransı üçün səhnə quraşdırılıb. Səhnənin arxa mavi fonunda "Sülhə doğru" sözləri yazılıb.
Səhnənin iki tərəfində ABŞ və Rusiya bayrağı yerləşdirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.