AZ

“Sabah” FK-nın baş məşqçisi azarkeşlərə “mədəniyyətsiz” dedi - Qorxaq futbolçuların Avroliqa oyunlarında sabahı olmaz (VİDEOLAR)

“Qalib gələndə tərifləyirsiniz, məğlub olanda xoşunuza gəlmir”, - deyə dünən “Sabah” Futbol Klubunun (FK) baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərə ağıl öyrətmək istədi. Bir az da dartındı üstümüzə: “Futbolçuların qorxaq oynadığını söyləmək onlara hörmətsizlikdi”.

Məsələn, ispan məşqçi dedi ki, onlar rəqibin davranışına uyğun olaraq oyun zamanı müxtəlif taktika dəyişikliyi ediblər: “Biz rəqibin hərəkətlərini müşahidə edir və buna görə öz planlarımızı elə oyun vaxtı dəyişirdik. Bu, bizim dinamik üslubumuzdu, rəqibə görə anbaan dəyişə bilərik”. 

Premyer Liqa, yaxud çempionat oyunlarında Avroliqa, yaxud o boyda azarkeş atmosferimi var? Bundan sonra nə analiz, nə müzakirə? 

Valdas Dambrauskas onu da deyir ki, “ən azından hesabı bərabərləşdirib intriqa yarada bilərdik oyunda”.

Futbolçuların ünvanına deyilən “qorxaq” sözünü hörmətsizliyə yozan baş məşqçidən mia.az-ın əməkdaşı soruşanda ki, “bəs sizin komandanın qorxaq oyunu stadiona yığışan 6 min azarkeşə hörmətsizlik deyildimi”, Valdas Dambrauskas lap intriqanın gülünü vuraraq “Sabah”ın azarkeşlərini “mədəniyyətsiz” hesab etdi:

- Azarkeşlər çıxıb gedirsə, buna nəzarət bizim əlimizdə deyil (???- Z.M). Hər şey nəticədən asılıdı. Əgər nəticə yaxşı olsaydı,  bizi alqışlayacaqdılar (təbii ki – Z.M.). Amma mən onları səbrli olmağa çağırıram. Təbii ki, üzğünəm. Ən azından hesabı bərabərləşdirib oyuna intriqa qata bilərdik. Mən onlara oyuna gəldikləri üçün təşəkkür edirəm. Düzdü, azarkeş mədəniyyətini (???? – ZM.) bir gündə yaratmaq mümkün deyil. Amma fikirləşirəm ki, biz klub olaraq daha yaxşı nəticələr əldə etdikcə, azarkeşlər də xoşbəxt olacaqlar.

Bəli, əslində bu axırıncı cümlədən başlamaq lazım ki, cənab Valdas Dambrauskas.
Bir az hörmət. 

Zülfiyyə Mustafayeva
Mia.az

Seçilən
80
50
mia.az

10Mənbələr