AZ

Rusiyada məhkumluğu olan şəxslər kuryer işləyə bilməyəcək

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada məhkumluğu olan şəxslər kuryer işləyə bilməyəcək.

Milli.Az xəbər verir ki, Dövlət Duması qanun layihəsi ilə müəyyən cinayətlərə görə məhkum olmuş şəxslərin qida məhsulları çatdırılması sahəsində işləməsinə qadağa qoymağı planlaşdırır.

Eyni zamanda, tibbi arayışı olmayanlar da kuryerlik edə bilməyəcək.

Aşağı palatanın spikeri Vyaçeslav Volodin bildirib ki, dəyişikliklər həmçinin çatdırılma xidmətlərinin keyfiyyətini yüksəltmək üçün nəzərdə tutulur. Qanun layihəsinin əsas məqsədi istehlakçıların təhlükəsizliyini təmin etmək və qida çatdırılmasında qanun pozuntularının qarşısını almaqdır. 

İsmayıl

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
news.milli.az

2Mənbələr