Rusiya Prezidenti Vladimir Putin Amerikalı həmkarı Donald Trampla növbəti görüşün Moskvada keçirilməsini təklif edib.
AZƏRTAC-ın məlumatına görə, cavabında ABŞ Prezidenti bunun maraqlı ideya olduğunu bildirib. "Yəqin buna görə məni ittiham edərlər, amma bu mümkündür”, - deyə Tramp əlavə edib.
Tramp çox tezliklə Putinlə yenidən danışacağını deyib.