AZ

Azərbaycan millisi Avstriyanı qəbul edir

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Bakıda Avstriya yığması ilə qarşılaşacaq.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl iki oyunda Belçikaya və bir matçda Avstriyaya 0:3 hesabı ilə yenilib.

Seçilən
28
5
fanat.az

10Mənbələr