AZ

Konfrans Liqası: Əliyar Ağayev və Elçin Məsiyevə növbəti təyinat

BAKI. 16 avqust. TELEQRAF

Azərbaycanlı FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev avqustun 21-də keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarına təyinat alıb.

Teleqraf xəbər verir ki, Ağayev Ukraynanın "Polesye" və İtaliyanın "Fiorentina" komandaları arasında təşkil olunacaq qarşılaşmanın baş hakimi olacaq. Matç Slovakiyanın Preşov şəhərindəki "Tatran Arena"da təşkil olunacaq.

Məsiyev isə Sloveniyanın "Tsele" və Çexiyanın "Bank Ostrava" klublarının görüşündə əsas söz sahibi olacaq. Bu oyun Tsele şəhərindəki eyniadlı stadionunda baş tutacaq.

Qeyd edək ki, hər iki matç Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Seçilən
80
34
teleqraf.com

10Mənbələr