AZ

Norveç Ukraynaya qaz alınmasına 100 milyon dollara yaxın maliyyə ayıracaq

BAKI, 16 avqust. TELEQRAF

Norveç Ukraynaya təbii qaz alınması üçün 100 milyon dollara yaxın vəsait ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə “Naftogaz”ın baş direktoru Sergey Koretski məlumat verib.

Onun sözlərinə görə, Norveç hökuməti 2025-2026-cı illərin istilik mövsümündə tələbatı qarşılamaq üçün qaz idxalına 1 milyard Norveç kronu (98,3 milyon dollar) ayıracaq. Koretski qeyd edib ki, bu kredit ukraynalıların qışı keçirməsinə və ölkənin enerji təhlükəsizliyinin möhkəmlənməsinə kömək edəcək.

Xatırladaq ki, avqustun 13-də Ukraynanın Baş naziri Yuliya Sviridenko “Naftogaz” ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 500 milyon avroluq kredit sazişinin imzalandığını açıqlayıb. Bu vəsait qaz alınmasına yönəldiləcək və kredit Avropa İttifaqının zəmanəti ilə, Ukrayna dövlət zəmanəti olmadan verilib.

Bir müddət əvvəl Ukraynanın “EXPRO” konsaltinq şirkəti ölkənin yeraltı qaz anbarlarındakı ehtiyatların son 12 ilin ən aşağı səviyyəsində olduğunu bildirmişdi. Hazırda anbarlar cəmi 32,3% doludur ki, bu da təxminən 10 milyard kubmetr təşkil edir.

Seçilən
56
41
teleqraf.com

10Mənbələr