AZ

Tramp Zelenskini sabah Ağ evə çağırdı – Putinlə görüşə hazırlıq aparılacaq

Ukrayna Prezidenti Volodimir Zelenski sabah Vaşinqtona gələcək.

Heftelik.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp paylaşım edib.

Donald Tramp bildirib ki, Alyaskada əla və çox uğurlu gün olub: “Rusiya Prezidenti Vladimir Putinlə görüş, Ukrayna prezidenti Zelenski və müxtəlif Avropa liderləri, o cümlədən NATO-nun baş katibi ilə gecə saatlarında telefon danışığı çox yaxşı keçdi. Hamı müəyyən etdi ki, Rusiya ilə Ukrayna arasındakı dəhşətli müharibəni dayandırmağın ən yaxşı yolu çox vaxt atəşin dayanmasını təmin etməyən atəşkəs sazişi deyil, birbaşa müharibəyə son qoyacaq Sülh Sazişidir. Prezident Zelenski bazar ertəsi günortadan sonra Vaşinqtona, Ağ evə gələcək. Hər şey alınarsa, o zaman Prezident Putinlə görüş təyin edəcəyik. Potensial olaraq milyonlarla insanın həyatı xilas ediləcək”.

Seçilən
111
50
heftelik.az

10Mənbələr