Avqustun 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Aznews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.