AZ

“Alyaska görüşü Tramp və ABŞ üçün fiaskodur” – Siyasi şərhçi


“Alyaska görüşü birmənalı şəkildə Tramp  və ABŞ üçün fiaskodur”.
Yeniavaz.com
xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Trampın əsas məqsədi atəşkəsə nail olmaq idi: “Bundan sonra Ukrayna və Rusiya arasında ikitərəfli müzakirələr başlamalıydı. Lakin görüşdən sonra verilən açıqlamada atəşkəs sözündən ümumiyyətlə, istifadə olunmadı. Tramp da Alyaskaya gedərkən FOX TV-yə müsahibəsində atəşkəsdən danışsa da, dönərkən eyni TV-yə açıqlamasında bu kəlməni “unutdu”.
Bununla bərabər, belə görünür ki, Trampla Putin hansısa məqamlar üzrə şifahi razılığa gəlib, yaxud fikir birliyinə varıb və bunlar təbii ki, Ukraynanın xeyrinə deyil”.
Şahin Cəfərli həmçinin, hər dəfə Putinin Trampla istər üz-üzə, istər telefonla təmaslarında ona öz mövqeyini qəbul etdirməyə nail olduğunu bildirib.
“Ümumiyyətlə, hər dəfə Trampın Putinlə istər üz-üzə, istər telefonla, istərsə də diplomatiyadan bixəbər əmlakçı dostu Uitkoff vasitəsilə olan təmaslarında diktator bu adama öz mövqeyini, yanaşmalarını qəbul etdirməyə nail olur, lakin sonra ABŞ dövlət qurumları və avropalı müttəfiqlər birtəhər Trampı ABŞ-nin və ümumən Qərbin maraqları baxımından düz yola qaytara bilirlər.
Bu dəfə də eyni halın təkrarlanması mümkündür, hər halda, ortada imzalanmış hansısa sənəd yoxdur”, - deyə Ş.Cəfərli yazıb.
O, eyni zamanda ABŞ-yə səfərinin Putin üçün ciddi uğur olduğunu qeyd edib.
Seçilən
48
50
yeniavaz.com

10Mənbələr