AZ

Narkotik çəkib avtomobil sürdü, 15 GÜN HƏBS EDİLDİ FOTO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub.

Avtosfer.az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə “Toyota” markalı avtomobilin sürücüsü Fərəc İsgəndərzadə işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib. 

Ancaq F.İsgəndərzadə polisə tabesizlik göstərərək ərazidən uzaqlaşıb. Keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb və müayinə zamanı onun narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi müəyyənləşib. F.İsgəndərzadə barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib və o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
20
avtosfer.az

10Mənbələr