AZ

Dənizə getmək istəyənlərin nəzərinə!

Avqustun 17-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Tribunainfo.az-a verilən məlumata görə, sabah çimərliklərdə şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Seçilən
33
28
tribunainfo.az

10Mənbələr