AZ

Sabunçuda ağır yol qəzası: 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

Bu gün saat 10:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Aeroport yolu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.

TƏBİB-dən Avtosfer.az-a verilən məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (kişi cinsli) yerində tibbi xidmət göstərilib və onlar Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

1985-ci il təvəllüdlü şəxsə sağ bazunun sınığı, 2001-ci il təvəllüdlü şəxsə isə döş qəfəsinin küt travması diaqnozu təyin olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2001-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

1985-ci il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilib. Zəruri ilkin tibbi yardım göstərilən şəxsin iltizamnaməsi alınıb və o, ixtisaslı tibbi xidmətdən imtina edib.

Qeyd edək ki, qəzada 1 nəfər həyatını itirib.

Seçilən
33
18
avtosfer.az

10Mənbələr