Pakistanda güclü daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı ən azı 220 nəfərə yüksəlib.
BAKU.WS xəbər verir ki, məlumatı "ABC News" telekanalı yayıb.
Bildirilib ki, ölkənin şimal-qərbində xilasedicilər gecə ərzində dağılmış evlərin qalıqları altından daha 63 nəfərin cəsədini çıxarıblar.
Xayber-Paxtunxva əyalətinin naziri Əli Amin Qandapur şənbə gününü matəm günü elan edib.