AZ

“Barselona”nın müdafiəçisi komandadan gedir

“Barselona”nın gənc müdafiəçisi Hektor Fort komandadan ayrılmaq üzrədir.

İdmanxeber.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 19 yaşlı ispaniyalı futbolçu 2025/26 mövsümünün ilk turunda “Malyorka” ilə oyunun heyətinə daxil edilməyib. Baş məşqçi Hans-Diter Flik Fortun komandadakı roluna inanmır.

Gənc müdafiəçinin yaxın iki həftə ərzində satışa çıxarıla biləcəyi bildirilir.

Fort “Barselona”nın yetirməsidir və ötən mövsümdə əsas komanda ilə 30 oyuna çıxaraq 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
34
idmanxeber.az

1Mənbələr