AZ

Rusiya ilə bağlı SENSASİON plan: Tramp dostu üçün hərəkətə keçdi – Görüşdən sonra…

“ABŞ və Rusiya prezidentlərinin Alyaskadakı görüşünü diqqətlə izləyən ölkələr arasında Çin də var idi. Çinin “Sinhua” agentliyi liderlərin sammitini belə başlıqla yayımlayıb: “Ukrayna ilə bağlı razılaşma əldə olunmadı”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasından sonra Qərbin Pekinlə bağlı siyasəti sərtləşib:

“Vaşinqton və Brüssel Çini Rusiyaya hərbi dəstək verməkdə ittiham etsələr də, Pekin iddiaları rədd edir. Buna baxmayaraq, Qərb ölkələrinin kəşfiyyat strukturları Çinin Rusiyaya hərbi texnika istehsalı üçün lazım olan texnoloji avadanlıqları ötürdüyü qənaətindədir.

Rusiya-Ukrayna müharibəsinin davam etdirilməsi bir tərəfdən Çinə iqtisadi problemlər yaradarkən, digər tərəfdən ölkənin rəsmiləri müharibənin davamında maraqlı olduqlarını gizlətmirlər. Çinin xarici işlər naziri Van Yi Brüsseldəki görüşlərin birində açıq etiraf etmişdi ki, Rusiya müharibədə məğlub olarsa, ABŞ bütün diqqətini Çinə yönəldəcək. Başqa sözlə, Vaşinqtonun başı nə qədər Rusiya-Ukrayna müharibəsinə qarışsa, bu, bir o qədər Çinin maraqlarına cavab verir”.

Politoloq bildirib ki, Çinin “China Daily” nəşrində yayımlanan son məqalədə Rusiya-Ukrayna müharibəsinin səbəbi kimi NATO-nun Şərqə doğru genişləndirilməsi siyasəti göstərilib:

“Nəşrin iddiasına görə, müharibənin başlanmasının əsas səbəbi məhz budur. Alyaska sammitini şərh edən qəzet, ABŞ və Rusiya prezidentlərinin görüşünün nəticə verməməsinin dərin səbəbləri olduğunu vurğulayıb. Çin nəşri həmçinin müharibənin dayandırılması üçün Qərbin ciddi addımlar atmasının vacibliyini qeyd edib.

Elxan
Elxan Şahinoğlu

Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət müqaviləsinin imzalanmasına çalışır. Tramp hesab edir ki, Rusiya-Çin ittifaqı ABŞ üçün təhlükəlidir və Vaşinqton bu dövlətlərdən birini öz tərəfinə çəkməlidir. O, Moskva-Pekin ittifaqının formalaşmasına görə özündən əvvəlki demokrat prezidentləri – Barak Obamanı və Co Baydeni günahlandırıb. Məlumdur ki, ABŞ-ın keçmişdə SSRİ ilə soyuq müharibə illərində kommunist Pekini öz tərəfinə çəkməsi uğurlu olmuşdu. Lakin SSRİ dağıldıqdan sonra Vaşinqtonun bu siyasəti zəifləyib və Rusiya Çinlə müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələri qurub”.

E.Şahinoğlunun sözlərinə görə, Tramp Rusiya və Çinin strateji tərəfdaş ola bilməyəcəyini düşünür:

“Onun fikrincə, əhalisi artan Çinin Rusiyanın ərazilərinə və resurslarına ehtiyacı var. İndi əsas sual budur: Tramp Rusiya-Çin ittifaqını zəiflətmək üçün hansı ölkəni özünə yaxınlaşdıracaq?

Həm Moskva, həm də Pekin ABŞ-la siyasi və iqtisadi əlaqələri inkişaf etdirmək istəyir. Moskvaya mane olan isə Ukraynaya qarşı işğalçı müharibənin davam etməsidir. ABŞ-la Çin öz aralarında ixdal və ixracatda razılaşmalar əldə edə bilsələr, Vaşinqton yenə Pekini tərəfdaş olaraq seçər Ancaq bunun üçün Çin Tayvanı ələ keçirmək planından imtina etməlidir. Pekinin isə bu planından imtina edəcəyinə dair işarə yoxdur. Odur ki, Trampın söylədiklərinə baxmayaraq, Vaşinqton hələ bir müddət də Moskva-Pekin ittifaqı ilə üz-üzə qalacaq”.

Seçilən
71
50
editor.az

10Mənbələr