AZ

KİV: Tramp Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu bildirib

BAKI, 16 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Avropa liderlərinə bildirib ki, ölkəsi Ukraynaya birbaşa təhlükəsizlik zəmanətləri verməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Tramp bu bəyanatı Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirilən görüşdən qayıdarkən təyyarəsində Avropa liderləri ilə telefon danışığı zamanı edib.

Bununla belə, danışıq zamanı ABŞ-nin Ukraynanın təhlükəsizliyinin təmin edilməsində potensial iştirakının xarakteri dəqiqləşdirilməyib.

Seçilən
134
50
teleqraf.com

10Mənbələr