AZ

Məşhur müğənni Rəqsanə İsmayılova Bakıda HƏBS EDİLDİ - RƏSMİ

Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 46 yaşlı İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

Paytaxt.org xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Qeyd edilən faktlarla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Paytaxt.org bildirir ki, məlumatı DİN-in mətbuat xidmətindən Lent.az-a təsdiq ediblər.

Seçilən
89
50
paytaxt.org

10Mənbələr