AZ

Çempionluq istəyən rayonda hansı işlər görülür? - Stadiondan VİDEO+FOTOLAR

Şəmkirdə II Liqanın yeni mövsümünə ciddi hazırlıq gedir.

Tək eyniadlı komanda deyil, rayonun özü də növbəti çempionatın startını gözləyir.

Şəmkir futbolsevərləri hər mənada səfərbər olub. Çempionluq istəyən yerli publika həm mənəvi, həm də maddi cəhətdən birləşib.

«Şəmkir»in uğuru üçün əlindən gələni əsirgəməyən xeyirxah insanlar futbolçularla yanaşı, stadionun da qayğısına qalmaqdadır.

Onların köməkliyi ilə Olimpiya Kompleksinin meydançasında yenidənqurma işləri aparılır. Bir müddət əvvəl səpilən toxum artıq cücərməkdədir. H

ardasa 1 ay ərzində qazonun tamamilə yamyaşıl olması gözlənilir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
44
50
sportinfo.az

10Mənbələr