Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Tramp vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda imzalanan barış müqaviləsi, Cənubi Qafqazdakı güc dinamikalarını dəyişdirəcək mühüm bir addım oldu. Bu anlaşma, 44 günlük Vətən Müharibəsi ilə Azərbaycanın əldə etdiyi torpaqların azad edilməsinin beynəlxalq səviyyədə tanınması deməkdir.
Bizimyol.info xəbər verir ki, bu fikri “Sabah” qəzetində Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mehmet Yüce söyləyib.
Zəngəzur Koridorunun açılması, Azərbaycanın bölgədəki mövqeyini gücləndirəcək və Türkiyə ilə Orta Asiya arasındakı quru əlaqələrini təmin edəcək. Bu, həmçinin enerji və nəqliyyat şəbəkələrinin inkişafını təmin edərək Türk Dövlətləri arasında inteqrasiyanı artıracaqdır.
ABŞ, Zəngəzur Koridoru üzərində 99 illik əməliyyat hüququ ilə Orta Koridoru ticarət marşrutunun bir hissəsi olaraq güclü təsir əldə edəcək. Bu addım, ABŞ-ın regional gücünü artıraraq, Moskva və Tehranın təsirini zəiflədir və Türkiyə üçün yeni imkanlar yaradacaq.
Ermənistan üçün bu anlaşma, həm təhlükəsizlik, həm də iqtisadi faydalar gətirir. Sərhədlərin tanınması və müharibə riskinin azalması, ölkənin regional mövqeyini möhkəmləndirəcək. Lakin, Zəngəzur Koridorunun işləməsi ilə bağlı İran və Rusiya narahatlıq yaşamaqdadır.
Türkiyə, Zəngəzur Koridoru ilə Orta Asiya Türk Cumhuriyyətləri ilə birbaşa əlaqə quraraq iqtisadiyyatı gücləndirəcək, ancaq ABŞ və Rusiya arasındakı gərginliklər Türkiyənin regional rolunu çətinləşdirə bilər.
Son olaraq, bu anlaşma ilə Cənubi Qafqazda yeni geosiyasi risklər və imkanlar ortaya çıxacaq. Bölgedəki güc mübarizələri və ABŞ, İran, Rusiya arasındakı qarşıdurmaların necə inkişaf edəcəyi gələcəkdəki dinamikaları müəyyən edəcəkdir.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.