AZ

Ərdoğandan Putin-Tramp görüşü ilə bağlı AÇIQLAMA - “Türkiyə hazırdır...” 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın Alyaskada keçirilən görüşünü müsbət qiymətləndirib.

Referans xəbər verir ki, o, bu barədə "X"dəki hesabında yazıb.

Türkiyə prezidenti bildirib ki, danışıqlar Ukrayna münaqişəsinin həlli yollarının axtarışına yeni təkan verib.

“ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında Alyaskada keçirilən danışıqlar Rusiya-Ukrayna müharibəsinə son qoymaq yollarının axtarışına yeni təkan verib. Biz Alyaska sammitini alqışlayırıq və ümid edirik ki, Ukrayna prezidenti Zelenskinin iştirakı ilə bu yeni proses davamlı sülhün əsasını qoyacaq”, – deyə Ərdoğan bildirib.

O həmçinin vurğulayıb ki, “Türkiyə Ukraynada sülhün bərqərar olmasına hər cür töhfə verməyə hazırdır”.

Seçilən
139
50
referans.az

10Mənbələr