AZ

Rəqsanənin vəkili danışdı: "Bu suallara cavab verə bilmərəm"

Müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Ona görə də müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Publika.az xəbər verir ki, Rəqsanə İsmayılovanın vəkili İlqar Rüstəmov məsələ ilə bağlı Teleqraf-ın suallarını cavablandırıb.

- Rəqsanə xanım Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunur? O, özünü təqsirli bilirmi?

- Rəqsanə xanım Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Özünü təqsirli bilmir. Barəsində başqa ittiham yoxdur.

- İddia olunan dələduzluq hadisəsi nə zaman baş verib? Şikayətçilər kimlərdir?

- Mübahisə 2022-ci ildən davam edir. Bir nəfər şikayətçi var. Cinayət işinin konfidensiallığı səbəbindən şikayətçinin adını açıqlamamız doğru deyil. Bu, istintaq sirridir. Vətəndaşın şikayəti üzrə araşdırma aparılır.

- Rəqsanə xanım ifadə verib?

- Bəli, ifadə verib və özünü təqsirli bilmədiyini söyləyib.

- Mübahisənin predmeti nədir?

- Pulməsələsidir. Vətəndaş iddia edir ki, ondan pul alınıb və geri qaytarılmayıb.

- Rəqsanə xanım pulu nə məqsədlə alıb?

- İstintaq sirriolduğuna görə bu suallara cavab verə bilmərəm.

- Rəqsanə xanım Rusiyada yaşayırdı. Onun Azərbaycana qayıdışının barəsindəki ittihamlarla əlaqəsi varmı?

- Rəqsanə xanım ildə bir neçə dəfə ölkəyə gəlib-gedib. Sonuncu gəlişi sözügedən ittihamla bağlı deyil.

Seçilən
87
2
publika.az

10Mənbələr