AZ

Rusiyada iki gülləli patronların istehsalına başlanılıb

İjevskdə yerləşən “Texkrim” müəssisəsi yeni növ patronların istehsalına start verib. Ulusal.az xəbər verir ki, söhbət 7,62x54R Tandem kalibrli, iki güllə ilə təchiz olunmuş patronlardan gedir.

Şirkətin məlumatına görə, bu patronlar istənilən atıcı silahdan istifadəyə uyğundur və əsas məqsəd atəşin sıxlığını artırmaqdır. Onlar yan hədəflərə atəş zamanı 250 metrədək, eləcə də qaçan və ya qarşıdan gələn hədəflərə atəş zamanı 350 metrədək məsafədə effektiv nəticə göstərir.

Müəssisə əlavə edib ki, yeni güllələr bimetal örtüyə və möhkəmləndirilməmiş polad nüvəyə malikdir. Patronun polad gilizi isə mislə örtülüb.

Seçilən
55
50
moderator.az

10Mənbələr