AZ

Dəməşqin mərkəzində güclü partlayış baş verdi

Suriyanın paytaxtı Dəməşqin mərkəzində güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.

"Dəməşqin Mazzeh bölgəsində mənşəyi məlum olmayan güclü partlayış baş verib", - agentlik yazıb.

Qeyd edilib ki, partlayış səsi şəhərin müxtəlif yerlərində eşidilib.

İlkin məlumatlara görə, dayanmış avtomobilə quraşdırılmış əldəqayırma partlayıcı partlayıb.

Seçilən
94
50
publika.az

10Mənbələr