AZ

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

ain.az, Baku.ws saytına istinadən bildirir.

Sumqayıtda yol qəzası nəticəsində xəsarət alan piyada 9 gün sonra xəstəxanada ölüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə avqustun 7-də şəhərin Koroğlu prospektində baş verib. "Mercedes" markalı avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Mədinə Fehruz qızı Nəbiyevanı vurub.

Ağır xəsarətlər alan qadın paytaxt xəstəxanalarından birinə yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
35
baku.ws

10Mənbələr