AZ

Çində daşqın nəticəsində səkkiz nəfər həlak olub

Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonunda baş verən daşqın nəticəsində azı səkkiz nəfər həlak olub, daha dörd nəfər isə itkin düşüb.

APA xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə avqustun 16-da, Pekin vaxtı ilə saat 22:00 radələrində Bayan-Nur şəhərində yerləşən turist düşərgəsində baş verib.

İtkin düşənlərin axtarışı üçün xilasetmə qüvvələri səfərbər edilib.

Seçilən
45
8
apa.az

10Mənbələr