BAKI. 17 avqust. TELEQRAF
Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının başlanması üçün əsas şərtin atəşkəs olduğunu bildirib.
Teleqraf xəbər verir ki, onun sözlərinə görə, Ukrayna atəşkəs təmin olunmadan heç bir dialoqa başlamayacaq.
Vadeful vurğulayıb ki, atəşkəs olmadan nə Ukrayna, nə də digər tərəflər sülh prosesində iştirak etməyə hazır olmayacaq. O, birbaşa sülh danışıqları ideyasının atəşkəslə paralel getməli olduğunu qeyd edib:
“İndi bu iki məsələ bir-biri ilə uzlaşmalıdır. Danışıqlarda mənasız heç nə yoxdur. Bu müharibəni birdəfəlik bitirmək məqsədi ilə aparılan hər bir söhbət dəyərlidir və biz bu dialoqu dəstəkləyirik.”