AZ

Bakıda İndoneziyanın Müstəqilliyinin 80 ci ildönümü qeyd edilib

ain.az, 525.az portalına istinadən məlumat verir.

Bakıda  İndoneziya Respublikasının Müstəqilliyinin 80-ci ildönümü qeyd edilib.

525.az xəbər verir ki, “Vahid, suveren, firavan, mütərəqqi İndoneziya” şüarı altında səfirliyin inzibati binasında keçirilən tədbirdə İndoneziya Respublikasının Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Merita Yenninin rəhbərliyi, eləcə də İndoneziya vətəndaşları və bu ölkənin  Azərbaycandakı dostlarının iştirakı ilə “Bayraq qaldırma mərasimi” olub.

Bayraq “İndonesia Raya” dövlət himninin müşayiəti ilə hal-hazırda Azərbaycanda təhsil alan indoneziyalı tələbələr tərəfindən qaldırılıb. Mərasim İndoneziya Respublikasının müstəqilliyinə nail olmaq üçün mübarizə aparmış və fədakarlıq göstərmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Daha sonra isə Bəyannamənin mətni, Pançasila və İndoneziya Respublikasının 1945-ci il Konstitusiyasının preambulası oxunub. Dua oxunması ilə yekunlaşan tədbirin rəsmi hissəsi tort kəsmə mərasimi ilə davam edib.

Həmçinin İndoneziyanın Müstəqilliyinin 80-ci ildönümünün qeyd edilməsi çərçivəsində səfirlik 02 avqust 2025-ci il tarixində bir çox indoneziyalıların və İndoneziyanın Azərbaycandakı dostlarının iştirakı ilə əyləncəli oyunlar günü də təşkil edib. Bayraq qaldırma mərasimi bitdikdən sonra isə bu oyunların qalibləri təşkilatçılar tərəfindən rəsmən elan olunaraq böyüklər və uşaqlar üçün olmaqla iki kateqoriya üzrə mükafatlandırılıblar

Tədbiri canlandırmaq məqsədilə sate ayam (toyuq satay), soto ayam kampunq (ənənəvi toyuq şorbası), vacik (yapışqan düyü şirniyyatı) və İndoneziya mətbəxinin digər ənənəvi təamları və qəlyanaltıları qonaqlara təqdim edilib Canlı, sevinc və birlik dolu bu səmimi tədbirdə bütün iştirakçılar ənənəvi mətbəx nümunələrini dadaraq həzz alıblar

Bayraq qaldırma mərasimi İndoneziyanın Müstəqilliyinin 80-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin yekunu idi. Bununla belə, birlik ruhu daha firavan və mütərəqqi İndoneziya qurmaq üçün yaşamağa davam edəcəkdir.

Pərvanə Sultanova

Bakıda İndoneziyanın Müstəqilliyinin 80-ci ildönümü qeyd edilib

Bakıda İndoneziyanın Müstəqilliyinin 80-ci ildönümü qeyd edilib

Bakıda İndoneziyanın Müstəqilliyinin 80-ci ildönümü qeyd edilib

Bakıda İndoneziyanın Müstəqilliyinin 80-ci ildönümü qeyd edilib

Bakıda İndoneziyanın Müstəqilliyinin 80-ci ildönümü qeyd edilib

Şəkil sayı: 5

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
11
525.az

4Mənbələr