sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Misli Premyer Liqasının I turunda "İmişli" ilə oyun "Turan Tovuz"un futbolçusu Filip Ozobiç üçün əlamətdar olub. Sport24.az-ın məlumatına görə, görüşün ikinci hissəsində meydana çıxan yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. O, daha əvvəl ölkəmizdə "Qəbələ", "Qarabağ" və "Neftçi"nin formasını geyinib. Qeyd edək ki, "Turan Tovuz" "İmişli"ni minimal hesabla üstələyib - 1:0.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.