AZ

Zelenskiyə dedim ki, Trampla görüşdə özünü belə apar – Merz

“Volodimir Zelenskiyə sabah Tramp ilə görüşdə qalmaqalın təkrarlanmasından qaçmaq üçün özünü necə aparmalı olduğunu izah edərək, bir neçə tövsiyə verdim”.

Turkustan.az xəbər verir ki, bu fikirləri Almaniyanın kansleri Fridrix Merz deyib.

Kansler həmçinin vurğulayıb ki, Alyaskada keçirilən Rusiya–ABŞ sammitinin nəticələrini “könüllülər koalisiyası” ilə müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, fevralın 28-də Oval kabinetdə Zelenski ilə Tramp arasında baş tutan görüş mübahisə ilə yekunlaşmış, bundan sonra Ukrayna lideri Ağ Evi vaxtından əvvəl tərk etmişdi./Globalinfo.az

Seçilən
53
50
turkustan.az

10Mənbələr