AZ

Yığmamızın baş məşqçisi ilə müqavilənin müddəti uzadıldı

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva ilə müqavilənin müddəti uzadılıb.

Sportinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, rusiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanıb.

O, bu il Səudiyyə Ərəbistanında keçiriləcək İslam Həmrəyliyi Oyunlarında yığmanın sükanı arxasında olacaq.

Aleksandr Revva 2023-cü ilin oktyabr ayından Azərbaycan millisinə rəhbərlik edir. Mütəxəssis, həmçinin qadın həndbolçulardan ibarət “Azəryol” komandasının da baş məşqçisidir.

Seçilən
55
50
sportinfo.az

10Mənbələr