AZ

Ozobiç “200”ə çatıb

ain.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Misli Premyer Liqasının 2025/26 mövsümünün startı Filip Ozobiç üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, “Turan Tovuz”da debüt edən 34 yaşlı yarımmüdafiəçi Premyer Liqada 200-cü oyununu keçirib.

Yubileyi “İmişli” ilə səfər matçına (1:0) təsadüf edən futbolçu bu qarşılaşmalarda 66 qol vurub.

Filip Premyer Liqada 2016/17 mövsümündə “Qəbələ”də debüt edib. Dörd klubda forma geyinən yarımmüdafiəçi “Qarabağ”da 95 (35 qol), “Neftçi”də 58 (15 qol), “Qəbələ”də 46 (16 qol) və “Turan Tovuz”da 1 oyuna çıxıb.

Qeyd edək ki, Ozobiç çempionatın 33 illik tarixində 200 və daha çox oyun keçirən 156-cı futbolçudur.

Ayxan Abbasov: “Bizim də büdcəmiz çox olsaydı…”

“Neftçi” “Şamaxı” ilə bacarmadı - YENİLƏNİB

“Neftçi” Arif Əsədovu mükafatlandırıb

“İmişli”nin baş məşqçisi: “Əlavə vaxtda sıxıntılar yaşadıq”

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
27
apasport.az

10Mənbələr