AZ

Türkiyə Prezidenti ABŞ və Rusiya liderlərinin görüşünü alqışlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ liderlərinin Alyaskada keçirilən görüşünü alqışlayıb. O, bu prosesin Ukrayna Prezidentinin iştirakı ilə davam edəcəyinə ümidvar olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkələrdə müvafiq paylaşım edib.

“Prezidentlər Donald Tramp və Vladimir Putinin Alyaskadakı görüşü Rusiya-Ukrayna müharibəsinə son qoymağın yollarını tapmaq üçün yeni stimul oldu. Biz bu görüşdən məmnun olduğumuzu bildirir, ümid edirik ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu yeni prosesdə iştirak edəcək və beləliklə, uzunmüddətli sülhün təməli qoyulacaq”, -deyə Ərdoğanın şənbə günü etdiyi paylaşımda vurğulanır.

Türkiyə lideri əmin edib ki, Ankara “davamlı sülh işinə mümkün töhfə verməyə hazırdır”.

Seçilən
32
50
azerbaijan-news.az

10Mənbələr