AZ

İsmayıllıda idarəetmədən çıxan avtomobil aşıb, xəsarət alanlar var - FOTO

İsmayıllıda sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb.
 
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qaraməryəm – İsmayıllı – Şəki magistral yolunun rayonunun Kürdmaşı kəndindən keçən hissəsində qeydə alınıb.
 
Qəza zamanı maşında olan 1997-ci il təvəllüdlü F. Əsədov və 1971-ci il təvəllüdlü Ş. Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblər.
 
Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
17
50
moderator.az

10Mənbələr