AZ

Adil Şükürov: Futbolun yazılmamış qanunu özünü göstərdi

sport24.az saytına istinadən ain.az xəbər verir.

Misli Premyer Liqasının I turunun "Sumqayıt" – "Kəpəz" oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– İlk oyunda yaxşı nəticə qazanmaq istəyirdik. Əlimizə düşən imkandan istifadə edə bilmədik və futbolun yazılmamış qanunu özünü göstərdi – rəqib fərqləndi. İkinci qol da biz hücuma çıxandan sonra oldu. Bundan sonra komandada eniş yaşandı və məğlub olduq.

– Bu heyət sizi qane edir?

– Yeni yığılan komandayıq. Hələ tam formalaşmamışıq, bəzi oyunçular komandaya qatılacaq. Elə etməliyik ki, xallar qazanaq, qarşımıza qoyulan məqsədə çataq.

– Komandanın kapitanı Əli Səmədov meydana çıxmadı. Hazır deyilsə nə üçün iştirak ərizəsindəydi və ya nə üçün sona qədər ehtiyatda qaldı?

– Bu gün məşqçilər korpusu olaraq belə qərar verdik.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
19
sport24.az

10Mənbələr