AZ

İsmayıllıda avtomobil AŞDI: Yaralılar var

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, qəza axşam saatlarında Qaraməryəm-İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə, avtomobil yoldan çıxaraq aşıb. pizza

Qəza zamanı Göyçay rayon sakinləri - 28 yaşlı F.Əsədov və 54 yaşlı Ş.Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hadisənin səbəbləri və digər təfərrüat araşdırılır./Oxu.az


Telegram kanalımız
Seçilən
57
14
yenisabah.az

10Mənbələr