TOVUZ, 17 avqust. TELEQRAF
Tovuz rayonunda daha bir piyadanı maşın vurub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Yuxarı Öysüzlü kənd sakini 1975-ci il təvəllüdlü Elbrus Qarayevi maşın vurub.
Adıçəkilən şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.