ain.az bildirir, Apa.az portalına istinadən.
“İstəklilər Koalisiyası” döyüşlər başa çatdıqdan sonra Ukraynaya çoxmillətli qüvvə göndərməyə hazır olduğunu bir daha təsdiqləyib.
APA xəbər verir ki, bu haqda Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisinin yaydığı bəyanatda deyilir.
“Onlar döyüşlər dayandıqdan sonra çəkindirici qüvvə yerləşdirməyə və Ukraynanın hava məkanı və dənizlərinin təhlükəsizliyinə kömək etməyə, eyni zamanda silahlı qüvvələrin yenidən qurulmasına kömək etməyə hazır olduqlarını bir daha bəyan ediblər.”, - bəyanatda deyilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.