Suriya Demokratik Qüvvələri martın 10-da əldə olunan razılaşmanı həyata keçirməyə hazır olduqlarını bildirir və konkret detallar tələb edir. SDQ-nin media və müzakirələrdə dedikləri ilə reallıqda etdikləri arasında ziddiyyətli siqnallar var.
Publika.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Suriyanın keçid dövrü prezidenti Əhməd Əl-Şaara deyib.
Sazişin icrası üçün ilin sonuna qədər zaman olduğunu vurğulayan Şaara beynəlxalq aktorların Suriyanın şimal-şərqindəki problemin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb:
"Bununla bağlı optimistəm. Bu məsələ bir neçə ay ərzində öz həllini tapacaq. Suriya torpaqlarının bir zərrəsindən belə vaz keçməyəcək. Hər kəsin hüquqları dövlətin qanunları və konstitusiyasına uyğun olaraq qorunacaq".