Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, mövsümün açılış turunun üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
“Selta” doğma meydanda “Xetafe”yə 2 cavabsız qolla uduzub. Beş qolun qeydə alındığı “Atletik” – “Sevilya” görüşündə meydan sahibləri çətin qələbəyə seviniblər. Madrid “Atletiko”su da səfərdə “Espanyol”la qarşılaşıb. Paytaxt klubu oyunda hesabı açan tərəf olsa da, yekunda meydan sahibləri əzmkar qələbəyə seviniblər.
İlk turun qalan görüşləri avqustun 18-də və 19-da keçiriləcək.
İspaniya, La Liqa
1-ci tur
15 avqust
Jirona – Rayo Valyekano 1:3
Qollar: Roka, 57 – De Frutos, 18. A.Qarsiya, 20. Palason, 45-pen.
Vilyarreal – Real Ovyedo 2:0
Qollar: Etta Eyonq, 29. Qeye, 36.
16 avqust
Malyorka – Barselona 0:3
Qollar: Rafinya, 7. F.Torres, 23. Yamal, 90+4.
Alaves – Levante 2:1
Qollar: T.Martines, 36 Tenalya, 90+2 – Tolyan, 68.
Valensiya – Real Sosyedad 1:1
Qollar: D.Lopes, 57 – Kubo, 60.
17 avqust
Selta – Xetafe 0:2
Qollar: Liso, 47. Uçe, 72.
Atletik – Sevilya 3:2
Qollar: N.Uilyams, 36-pen. Sannadi, 43. Navarro, 81 – Lukebakio, 60. Aqume, 72.
Espanyol – Atletiko 2:1
Qollar: Rubio, 73. Milya, 84 – X.Alvares, 37.
18 avqust
23:00. Elçe – Betis
19 avqust
23:00. Real – Osasuna