AZ

Media: HƏMAS Misir və Qətərdən Qəzza ilə bağlı yeni təklifi alıb

Bakı, 18 avqust, AZƏRTAC

Qəzza zolağında dolayı atəşkəs danışıqlarının vasitəçiləri Fələstinin HƏMAS hərəkatına məsləhətləşmələri bərpa etmək üçün daha bir təklif təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, yeni təşəbbüs bir neçə Fələstin fraksiyalarının liderlərinin iştirakı ilə Misir və Qətər nümayəndələri tərəfindən çatdırılıb. Telekanal qeyd edir ki, sonuncu HƏMAS-dan təklifə "yaxın saatlarda" cavab hazırlamağı istəyib.

Seçilən
42
50
azertag.az

10Mənbələr