BAKI, 18 avqust. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP)Muğladan olan millət vəkili Kadem Meten yol qəzasına düşüb.
Teleqraf “Haber7”yə istinadən xəbər verir ki, Seydikemer-Fethiye avtomobil yolunda iki maşın toqquşub. Avtomobillərdən birində Kadem Metenin olduğu bəlli olub.
Zərbənin təsirindən avtomobillərə maddi ziyan dəysə də, sürücülər və sərnişinlər xəsarət almadan xilas olublar.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.