Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" "Osiyek"i qəbul edib.
Oyun 0:0 hesabı ilə yekunlaşıb. Rüfət bu görüşdə yeni komandasında debüt edib. 24 yaşlı oyunçu 64-cü dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, 3 tura 2 xal toplayan "Varajdin" turnir cədvəlində 10 komanda arasında 8-ci yerdədir.
Nihat