AZ

Tovuzda piyadanın ölümü ilə nəticələnən daha bir yol qəzası olub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Tovuz, 18 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Hərəkətdə olan "Mersedec VİTO" markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 1975-ci il təvəllüdlü E.Qarayevi vurub. Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərinin tibbi müdaxiləsinə baxmayaraq 50 yaşlı kişi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
22
azertag.az

10Mənbələr