AZ

İspaniyada davam edən böyük meşə yanğınlarının sayı 20 yə çatıb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərin ən dəhşətli meşə yanğını fəlakəti ilə mübarizə aparan İspaniyada böyük meşə yanğınlarının sayı 20-yə çatıb.

APA xəbər verir ki, meşə yanğınlarından ən çox zərər çəkən ölkələrdən biri olan İspaniyada 20 böyük meşə yanğınını nəzarət altına almaq üçün mübarizə davam edir.

Hökumət meşə yanğınları ilə mübarizəni dəstəkləmək üçün əlavə 500 əsgər göndərib. Bununla da meşə yanğınları ilə mübarizəyə göndərilən əsgərlərin sayı ölkə üzrə təxminən 1900-ə çatıb.

Atlantik okeanı sahili bölgəsində bir neçə kiçik yanğının birləşəsi ilə başlayan kütləvi yanğın səbəbindən avtomobil yolları və dəmir yolları bağlanıb.

Qalisiya ilə yanaşı, Kastiliya, Leon, Ekstremadur və Asturiya bölgələri də meşə yanğınlarından ən çox zərər çəkənlər arasındadır.

İspaniyada təkcə keçən həftə meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 115 min hektardan çox ərazi yanıb.

Qeyd edək ki, İspaniyanın qonşusu Portuqaliya da ölkənin mərkəzi və şimal hissələrində səkkiz böyük yanğınla mübarizə aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
50
apa.az

10Mənbələr