AZ

Zelenski: Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəyimizə inanırıq

BAKI, 18 avqust. TELEQRAF

“Biz hamımız eyni dərəcədə bu müharibəni tez və etibarlı şəkildə bitirmək istəyirik və sülh uzunmüddətli olmalıdır”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Telegram kanalında məlumat yayıb.

Ukrayna Prezidenti bildirib: “Donald Trampla görüşdə davamlı sülhə nail olacağımıza və Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəyimizə inanırıq”.

Qeyd edək ki, Ukrayna lideri ABŞ-yə gedib. Zelenski avqustun 18-də Vaşinqtonda Trampla görüşəcək. Onu görüşdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Corcia Meloni müşayiət edəcək. Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iclasda iştirak etmək planlarını açıqlayıb.

Seçilən
77
50
teleqraf.com

10Mənbələr