AZ

Ruben Amorim: Fərqli nəticəyə layiq idik

BAKI, 18 avqust. TELEQRAF

"Komandamla fəxr edirəm. Futbolçularım cəsarətli oyun nümayiş etdirdilər”.

Teleqraf xəbər verir ki, bunu “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “Arsenal” ilə matçdan sonra deyib.

Baş məşqçi bildirib: "Fərqli nəticəyə layiq idik. Növbəti oyunlarda irəliləməliyik. Keçən mövsümdən daha aqressiv idik. Daha çox qaçdıq, bütün oyun boyu irəli atıldıq və pressinq etdik. Böyük çətinliklərlə üzləşdiyimiz keçən illə müqayisədə hücumda daha az top itirdik”.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının ilk turunda “Old Trafford”da “Arsenal”a uduzub (0:1).

Seçilən
99
17
teleqraf.com

10Mənbələr