Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə başlayıb.
QOL.az xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi "Ayntraxt 1949"un qonağı olub.
Oyun "Kayzerslautern"in 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir start heyətdə yer alıb və görüşün sonuna qədər meydanda olub. O, 15-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.
Həmin qolun videosunu təqdim edirik.